Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Orucun insan sağlamlığına faydaları

Orucun insan sağlamlığına faydaları

 

 

Ramazan ayında oruc tutmaq hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacibdir. Lakin oruc tutmaq hər bir müsəlmanın yerinə yetirməli olduğu sadəcə dini vəzifəsi deyil, eyni zamanda insan sağlamlığı üçün çox faydalıdır.

İnsan orqanizmi müəyyən vaxtlarda aclığa və susuzluğa dözümlü ola bilər. Oruc tutmaq bədəni sakitləşdirir, toksinlərdən təmizləyir, yağları yandırır, hormonları aktiv hala gətirir və orqanizmi bərpa edir. Oruc qocalıq genlərinə təzyiq göstərir, orqanizmi bərpa edir. Orqanizmdə köhnəlmiş, qocalmış, zərər çəkmiş hüceyrələri aradan qaldırır. Orucla birlikdə beyin hüceyrələrində neyrotrofik amillər adlanan (BDNF) kimyəvi maddələr artır və bu sayədə də beyin hüceyrələri bərpa olunur. Oruc xərçəng yaranması ehtimalını da aradan qaldırır. Oruc zamanı IGF-1 (İnsulin böyümə faktoru) səviyyələri düşür və bədən yağ yandırma rejiminə girir. Zədələnmiş hüceyrələrin yerinə gənc və dinamik hüceyrələr əmələ gəlməyə başlayır.
Oruc metabolizmi sürətləndirir və yağ yandırılmasına səbəb olur. Oruc vaxtı qara ciyər və əzələlərdə toplanan şəkər bitir, bu zaman orqanizm qlükoza istehsalı yerinə yağ yandırma rejiminə keçir. Qandakı yağlar, qaraciyərdə toplanan yağlar və qarında toplanan yağlar yandırılmağa başlanır və beləliklə arıqlamağa kömək edir. Ancaq iftar və sahurda həddən artıq ərzaq yemək, balanssız qidalanmaq, zavod karbohidratı və zavod yağları istifadə etmək, əksinə, orqanizmdə yağlanmaya və köklüyə səbəb ola bilər.
Ramazanda vitamin istifadə etmək olarmı?
Oruclu insanlar Ramazan ayında lazımi miqdarda müxtəlif, balanslı, yetrəli, təzə, təmiz, faydalı və işlənməmiş qidalar yeyilsə, əlavə vitamin və mineral qəbuluna ehtiyac qalmaz. Bitki mənşəli qidalardan tərəvəzlər, göyərtilər, paxlalılar, quru meyvələr və yay meyvələri, eləcə də təzə ət, yumurta, balıq və süd məhsulları balanslı olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.