Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Səhiyyə Nazirliyi Azərbaycanda qızılca ilə bağlı vəziyyəti açıqlayıb

Səhiyyə Nazirliyi Azərbaycanda qızılca ilə bağlı vəziyyəti açıqlayıb

Səhiyyə Nazirliyi Azərbaycanda qızılcaya yoluxma halları ilə bağlı vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən 2018-ci ilədək ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb. Lakin ötən il Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. “Ötən ilin sonlarında Azərbaycanda da gətirilmə yolu xəstəliyə yoluxma qeydə alınıb. Xəstəlik, əsasən, 20-40 yaşlı, vaxtilə peyvənd olunmamış əhali arasında qeydə alınıb”, – Abubəkirov əlavə edib.

Səhiyyə Nazirliyi ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılmasını tapşırıb. Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doza peyvənd alınmasını sifariş verib. Abubəkirov söyləyib ki, qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.