Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Hamilələrə maşın sürmək olar? – XÜSUSİ MƏSLƏHƏTLƏR

Hamilələrə maşın sürmək olar? – XÜSUSİ MƏSLƏHƏTLƏR

Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Onlar sükan arxasında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?

Mütəxəssislər özünü rahat hiss etdiyi zamana qədər hamilə qadınlara maşın sürməyi məsləhət bilirlər. Mütəxəssislər hətta son aya qədər özünü rahat hiss edə bilən qadına maşın sürməyi qadağan eləmir. Hamilə qadın maşın sürərkən özünü komfortlu hiss edirsə, o zaman ona maşın sürməyə qadağa qoyulmur. Amma maşın sürərkən hamilə qadınlar aşağıdakı qaydalara mütləq əməl eləməlidirlər.

Əməl ediləcək ilk qayda avtomobilin sürücü oturan kreslosunun hamilə qadının rahat oturması üçün hazırlanmasıdır. Bunun üçün kreslonu arxaya doğru çəkmək lazımdır. Maşının oturacağını elə düzəltmək lazımdır ki, qarın sükandan 10 santimetr aralı dursun. Bu zaman qadın kresloda rahat oturur və sükanı asanlıqla idarə edə bilir.

Sürücü hamilə qadınlara onlar üçün nəzərdə tutulmuş kreslodan istifadə etməyi məsləhət görürlər. Bu kresloların bel hissəni masaj etmək üçün nəzərdə tutulan yeri var. Bu yerdə taxta və ya rezindən dairəvi hissələr olur ki, onlar hamilə qadının bel nahiyəsini massaj edir.
Hamilə qadınlar maşın sürərkən qəfil əyləclənmə sistemini idarə etməyi nəzərə almalıdır. Mütəxəssislər hamilə qadınlara öz maşınları ilə tək və uzaq məsafəyə yola çıxmağı məsləhət bilmir.

Qış fəslində maşın sürmək də hamilə qadın üçün məsləhət deyil. Əgər sürərlərsə, onların maşınlarının təkərləri qış təkərləri ilə əvəz olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.