Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Süd məhsullarının faydası

Süd məhsullarının faydası

Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır,  orqanizm tərəfindən çox tez və asan mənimsənilir.

Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur.

Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar. Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə yol açır.

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.

Kəsmikdə xeyli miqdarda zülal, kalsium və fosfor var. Bu səbəbdən kəsmik, xüsusən yağsız kəsmik osteoporoz (sümüklərin sıxlığının azalması), ürək xəstəlikləri, vərəmin profilaktikasında mühüm rol oynayır. Kəsmik uşaq, yeniyetmələrin və yaşlı insanların gündəlik rasionunda olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.