Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Yaşıl mərcimək arıqladır

Yaşıl mərcimək arıqladır
Mərcimək lap qədimdən insanın qida rasionuna daxildir. Qədim Misirdə fironların, Qədim Yunanıstanda və Babilistanda imperatorların və sadə camaatın sevimli yeməklərindən biri də mərcimək idi. Orta əsrlərdə Rusiyada isə mərcimək əsas qida növü idi. Hətta mərci unundan çörək də bişirilirdi. Almaniya, Çin, Hindistan, Cənubi Amerika və Avstraliyada mərci indi də ən sevimli qida elementidir. Türkiyədə isə lap qədim zamanlardan milli xörəklərin əsas komponenti olan mərci Azərbaycanda da çox sevilir və istifadə olunur.
 
Mərcimək antik dövrlərdən həm də dərman bitkisi kimi məşhurdur. Qədim loğmanlar deyərmişlər ki, qidası mərcimək olan insanlar ruhi tarazlıq əldə edirlər. Daha sonralar isə Avropa təbibləri mərcini Revalenta arabica adlı, çox xəstəliklərin əlacı olan dərmanın tərkibinə daxil etmişlər.
 
Yaşıl mərciməyin faydalarını saymaqla bitmir.
 
Proteinlə zəngin olan bitki növüdür. Həzmi yüngülləşdirdiyi üçün çəki atmağa kömək edən möcüzəvi bitkidir.
Bitki mənşəlli karbohidrat mənbəyidir. Yəni, bədənə lazımlı və keyfiyyətli şəkəri verir. Xüsusən də arıqlamaq istəyən insanlar az kalori qəbul edir. Əgər birtərəfli pəhriz saxlayırsa, yetərli şəkər qəbul etmədiyi üçün halsızlıq, yorğunluq, zəiflik müşahidə olunur. Halbuki, salata əlavə edəcəyi 2 xörək qaşığı qaynadılmış yaşıl mərcimək bədənə ehtiyacı olduğunu enerji və şəkəri verə bilər. Bu zaman halsızlıq kimi simptonlar azalır. Lifli bitki olduğu üçün mədəyə getdikləri zaman şişirlər və müəyyən həcm yaradırlar. Bu isə toxluq hissi verir və arıqlamaq asanlaşır.
 
Mərcimək bağırsaqlarınn hərəkətini sürətləndirir.
 
Mərcimək həm də dərman təsirli bir bitkidir. Xüsusən də menopoz simptonlarını yüngülləşdirir. Xərçəng xəstəliyinə qarşı qoruyucu təsir göstərir.
Mərcimək həm də çox yaxşı dəmir mənbəyidir. Xüsusən də yumurta və ya qiymə ilə birlikdə bişiriləndə daha da zənginləşir. Yanında bol limonlu salatla yeyilməsi tövsiyə edilir.
Kalium səviyyəsi çox yüksəkdir. Bu özəlliyi təzyiqi aşağı salır və nizamlayır. Həm arıqladır, həm də təzyiqi aşağı salır.
Bütün bunlarla bərabər qeyd edək ki, mərciməkdə kobud sellüloz çoxdur, ona görə də xroniki enterit, kolit, pankreotit xəstələri onu xörəklərdə ehtiyatla istifadə etməlidirlər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.