Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Arıqlamaq istəyənlər üçün meyvələrin kalorisi…

Arıqlamaq istəyənlər üçün meyvələrin kalorisi…

Kalori enerjidir, bu enerji yeməklərin yandırılması ilə ortaya çıxar. Yeməklərin kalori miqdarını ölçən və kalorimetre adı verilən alət,  polad bir qabdan ibarət olan sadə bir düzənəktir.

Kalorisi ölçüləcək yemək polad qaba qoyulur, oksigen verilərək yandırılır. Yanma bitincə qabı əhatə edən sudakı istilik yüksəlməsi ölçülür. Dərəcə olaraq istilik yüksəlmə miqdarı ilə kiloqram olaraq suyun ağırlığı çarpılınca nəticə birbaşa (qida mütəxəssislərinin istifadə etdiyi) kalori miqdarını verir.

Həyat tərzini bir az dəyişdirərək arıqlamaq mümkündür.Aşağıda bəzi ipucları verirəm. Bunlara əməl olunduğu zaman müəyyən bir fayda verəcəyi qətidir.

1 – Kökəlməyin ən əhəmiyyətli səbəblərindən biri yemək aralarında xırda şeylər yeməkdir.Acdığınız zamanlarda su için.

2-Soyuducunu boşaldın. Beləcə həm pul xərcləməzsən həm də səni atıştırmaya itələyən səbəb yox olar!

3 – Kifayət qədər yat. Beləcə, yeyərək alacağın enerjini yatarkən yığmış olarsan!

4 – Spirt, çörək və karbohidratlardan uzaq dur!

5 – Mütləq səhər yeməyi ye.Bu sənə gün içində xərcləməyin lazım olan enerjini verəcək və günorta yeməyində çox acmayacaqsız.

6-Yemək aralarında acsaz sevdiyiniz bir musiqi dinləyin.Araşdırmalara görə musiqi dinlədiyində də sevdiyin bir yeməyi yediyində də beyninin eyni bölgəsi xəbərdar edilir.

7-Ayaq üstə heç bir şey yeməyin.

8- -Yaşıl çay için. Araşdırmalar göstərir ki, yaşıl çay içmək bədəndəki kalorilərin yandırılmasında çox təsirlidir. Gündə 3 stəkan yaşıl çay içməyə çalışın.

9 – Yediyin şeyə konsentrə olun. Televiziya seyr edərkən, bir şeylər oxuyarkən ya da e-maillərinə cavab verərkən yemək yemə!

10- Lift istifadə etmək yerinə nərdivandan çıxın.

İndi isə keçək hansı meyvə neçə kaloridir?

Avakado-147
Banan-85
Portağal-79
Əncir-80
Gavalı-75
Albalı-70
Üzüm-67
Armud-61
Alma-58
Nar-68
Ananas-52
Ərik-51
Mandalin-46
Şaftalı-38
Çiyələk-37
Yemiş-33

 

 

Qarpız-26




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.