Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Səhər yeməyini mütləq yeyin

Səhər yeməyini mütləq yeyin
 
Mütəxəssislər yemədiyiniz öyünlərin sizə kilo aldırdığını və xüsusilə də səhər yeməyinin çox önəmli olduğunu deyir.
 
Əgər çəkiniz çoxdursa deməli düzgün qidalanmırsınız. Bəzi öyünlərdə yemək yemirsiniz, həddindən artıq çox şirniyyat tükədirsiniz, idman etmirsiniz, sürətli yeyib az çeyniyirsiniz və az su içirsiniz. Bunlardan ən vacibi isə hansısa öyünü yeməməkdir. Belə bir vəziyyətdə həkimlərin məsləhətləri aşağıdakı kimi sıralanır.
 
1. Yeməyə başlamazdan əvvəl 50-yə qədər sayın.
 
2. Öyün atlamayın. Səhər yuxudan oyandığınızda görə biləcəyiniz bir yerə “Səhər yeməyini ye” yazılı bir kağız asın.
 
3. Şirniyyat yemək istədiyinizdə bir stəkan su için və ya 100-ə qədər sayın. Şirniyyat yeməyə başladığınızda 15 dəfə dərindən nəfəs alın.
 
4. Ürəyiniz yemək istədiyində özünüzü incə (arıq) xəyal edin.
 
5. Hər tikədən sonra çəngəli əlinizdən yerə qoyun və bir qurtum su için.
 
6. Yemək yemə vaxtını uzaldın. Çünki toxluq hissi ən tez 10, ortalama isə 20 dəqiqədə əmələ gəlir. Öz dietanızı özünüz seçin!
 
Bu pəhrizləri tətbiq etsəniz, hər gün üçün bir səhər yeməyi, bir yüngül öyün, bir ana öyün və bir əlavə atışdırma seçə bilərsiniz. Əlavələr ya öyünlər arasında ya da öyünlərlə birlikdə yeyilməlidir.
 
Səhər yeməyi məsləhətləri
Məsləhət 1:
 
İki kibrit qutusu böyüklüyündə yarım yağlı pendir, 2 dilim kəpəkli çörək, 1-2 pomidor, qreyfut və ya 1 portağal, şəkərsiz çay.
 
Məsləhət 2:
 
1 qaynadılmış yumurta, 2-3 dənə zeytun, 1 kibrit qutusu böyüklüyündə yarım yağlı pendir, 1-2 pomidor, 2 dilim kəpəkli çörək, şəkərsiz çay.
 
Məsləhət 3:
 
1 fincan yarım yağlı və ya yağsız südlə 3-4 qaşıq yulaf yarması, 1 portağal və ya qreyfut. 1 pendirli tost, 1 su stəkanı təzə portağal və ya qreyfut suyu.
 
GÜNORTA VƏ AXŞAM
Aşağıdakı yeməklərdən hər birinin yanında, limitsiz tərəvəz (kartof xaric) və ya yağsız salat seçim edə bilərsiniz.
 
Məsləhət 1:
 
2 dilim kəpəkli çörək, 60 qram ət (toyuq, hinduşqa, balıq, dana) və ya pendir, 2-3 ədəd kök və ya pomidor, kahı, ayran.
 
Məsləhət 2:
 
1 simit, 2 kibrit qutusu böyüklüyündə pendir, 1 meyvə, şəkərsiz çay.
 
Toyuq qızartma, 4 qaşıq zeytunyağlı tərəvəz, salat, ayran.
 
Məsləhət 3:
 
2 dənə ətli bibər dolması, 4 qaşıq zeytunyağlı quru lobya, 1 dilim çörək, yağsız salat, yarım kasa qatıq.
 
Məsləhət 4:
 
8 yemək qaşığı ağ lobya, 4 yemək qaşığı plov, atlama, 1 meyvə.
 
2 kiçik çömçə düşbərə, kasa qatıq, yağsız salat, 1 meyvə.
 
Məsləhət 5:
 
1 badımcan dolması (sobada), 4 yemək qaşığı plov, yağsız salat, qatıq.
 
 
ƏLAVƏLƏR
1) 2 sm qalınlığında bir dilim keks
 
2) Cemli 1 dilim tost çörəyi
 
3) 3 sadə biskvit
 
4) 25 qram quru meyvə
 
5) 1 kiçik kasa qatıq
 
6) 1/2 vafli



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.