Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Səhiyyə naziri: “İllər öncə bəzi əməliyyatlar üçün xaricə üz tutulurdusa, bu gün ən mürəkkəb əməliyyatlar ölkədə tətbiq edilir”

Səhiyyə naziri: “İllər öncə bəzi əməliyyatlar üçün xaricə üz tutulurdusa, bu gün ən mürəkkəb əməliyyatlar ölkədə tətbiq edilir”

Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilən kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb xadimləri iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev bütün tibb işçilərini təbrik edərək onlara bu vacib və nəcib peşələrində uğur və müvəffəqiyyətlər arzulayıb.

O.Şirəliyev Azərbaycan səhiyyəsinin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Heydər Əliyev bütün sahələrə olduğu kimi, səhiyyəyə də böyük diqqət və qayğı göstərirdi. Əksər iri tibb müəssisələri məhz Heydər Əliyevin hakimiyyəti dövrlərində tikilib. Tək paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar tikilib əhalinin ixtiyarına verilib. Bu gün də bu siyasi kurs çox uğurla davam edir. Prezident İlham Əliyevin sosialyönümlü siyasəti, gərgin əməyi, səyi və uzaqgörənliyi nəticəsində ölkə səhiyyəsi inkişaf edir”.

Nazir əlavə edib ki, 600-dən artıq tibb müəssisəsi, diaqnostika mərkəzləri tikilib istifadəyə verilib: “Yüzlərlə gənc mütəxəssis Avropanın ən böyük tibb müəssisələrinə təkmilləşmə kurslarına göndərilir. İllər öncə ürək əməliyyatları, orqan və sümük iliyi transplantasiyası, müxtəlif göz əməliyyatları üçün xaricə üz tuturdularsa, bu gün ən mürəkkəb əməliyyatlar ölkədə böyük uğurla təkcə Bakıda deyil, regionlarda da tətbiq edilir”.

Tədbirin sonunda O.Şirəliyev “Səhiyyə əlaçısı” döş nişanı və ”Fəxri Fərman”larla təltif olunmuş şəxsləri təbrik edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.