Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda 1129 nüsxə kitab qeydiyyatdan keçib

Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda 1129 nüsxə kitab qeydiyyatdan keçib

Azərbaycan Respublikası Səhiyyə Naziri Cənab Oqtay Şirəliyevin 19.12.2014-cü il tarxili 136 №li əmrinə əsasən Respublika Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılmışdır (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlar ilə yanaşı kitabxananın fondunun elektron kataloqu əks etdirilmişdir.

Səhiyyə Nazirliyinin təşəbbüsü və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf edilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılmışdır. Bu proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulmuşdur. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.

Artıq proqram üzrə 1129 nüsxə kitab qeydiyyatdan keçmişdir. Oxucular təkcə kitab haqqında ümumi məlumatlar deyil, həm də onun mündəricatı ilə də tanış ola bilirlər. Oxucular katoloqda bir sıra ünsürlər üzrə axtarış apara bilərlər: açar sözlər, kitabın müəllifi, kitabın sərlövhəsi (adı), İSBN.

Sayt dinamik şəkildə tərtib edilmişdir. Elektron kataloqa əlavə edilən nəşrlər avtomatik olaraq sayta daxil edilir. Bundan başqa Səhiyyə Nazirliyinin saytında kitabxananın saytına link vasitəsilə də daxil olmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.