Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Xərçəngi bir neçə il əvvəlcədən aşkarlamağın üsulu tapıldı – ARAŞDIRMA

Xərçəngi bir neçə il əvvəlcədən aşkarlamağın üsulu tapıldı – ARAŞDIRMA
Amerika alimləri qan testi ilə xərçəngi illər öncə aşkarlamağın mümkün olduğunu kəşf edib.
Alimlər sadə bir qan testi ilə yüksək dəqiqliklə xərçəng diaqnozu qoymağın mümkün olduğunu ortaya qoyub.”Maye biopsiya” adlanan bu texnologiya ilə şişlərdən qopmuş DNT parçları üçün qanı analiz edir. Bu yeni nəticələr də xərçəng dioqnozunda böyük bir inkişafa yaxınlaşdırır.
Hazırda xərçəngi müəyyən etmək üçün ən yaxşı üsul biopsiya, yəni labaratoriya analizləri üçün şiş toxumasından kiçik parça kəsməkdir. Biyopsiya ağrılı və invaziv üsul olduğundan, yalnız şiş olduğu və şübhəli vəziyyətlərdə tətbiq edilir.
Elm adamları bu səbəblə, eyni işi cərrahi müdaxilə olmadan tətbiq edib, daha erkən diaqnoz qoymaq üçün qan testi üzərində işləyirlər. Qan dövranındakı şişlərdən qopmuş DNT parçalarına diqqət yetirildiyi zaman, qandakı xərçəngi müəyyən etmək mümkündür. Buna qan dövranındakı şiş DNT-sı deyilir.
Metodun qan dövranında dolaşan şiş DNT-sini tapdığını anlamaq üçün araşdırmaçılar toxuma nümunələrinin nəticələri ilə xəstələrin ağ qan hüceyrələrindən genetik materialı qarşılaşdırıb. Baş araşdırmaçı Pedram Razavi deyib: “Hüceyrəsiz DNT və ağ qan hüceyrəsi DNT-nın birləşmiş analizləri şiş DNT-nı daha asan tapmağı təmin edir”.
Araşdırmaçılar 3 növ xərçəngli toxuma örnəkləri arasında 864 genetik dəyişiklik müəyyən edib, bunların 73 faizini qan testlərində tapıblar. Xəstələrin 89 faizində həm qanda, həm də şiş toxumasında ən az bir mutasiya (dəyişiklik) aşkar edilib. Araşdırmanın nəticəsində süd vəzi xərçənginin erkən diaqnozunda (maye biopsiya vəziyyətində) nailiyyət 97 faizə yüksəlib.
Yeni metod “Grail” şirkətinin araşdırmaçıları tərəfindən kəşf edilib. Jeff Bezos, Bill Gates kimi xeyriyyəçilər tərəfindən dəstəklənən şirkət xərçəngi erkən müəyyən etmək məqsədi daşıyır.
Araşdırmanın nəticəsi ASCO illik toplantısında təqdim edilib. Araşdırma “Journal of Clinical Oncology” jurnalında dərc olunacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.