Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Tibb Kollecində “Məzun günü” keçirildi

Tibb Kollecində “Məzun günü” keçirildi

22.06.2017-ci il tarixdə Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində “Məzun günü” nə həsr olunmuş tədbir keçirilmisdir. Bu gün 7 ixtisas üzrə 451 tələbə məzun adına layiq görülmüşdür.

Tədbiri giriş sözü acan kollecinin direktoru D. Məmmədəliyeva məzunları təbrik edərək gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Daha sonra kollecin keçmişi, keçdiyi şərəfli tarixi haqda tədbir iştirakçılarına məlumat verildi.

Tədbirin davamı olaraq tibb işçilərinin andiçmə mərasimi keçirilib. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək bilik göstəriciləri və ictimai fəallığı ilə seçilən 9 məzun fəxri fərmanlarla təltif olundu.

Tədbirin bədii hissəsində 2 nömrəli Bakı Baza Tibb Kollecindən bəhs edən film nümayiş etdirildi, Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupunun ifasında müxtəlif rəqslər səsləndi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.