Search
Çərşənbə axşamı 26 Noyabr 2024
  • :
  • :

Gilas xərçəngdən qoruyur, xolesterolu aşağı salır…

Gilas xərçəngdən qoruyur, xolesterolu aşağı salır…

Görüntüsü və dadıyla iştah qabardan yay meyvəsi gilas min bir dərdə dərmandır. Təbii sakitləşdirici kimi digər meyvələrdən üstün olan gilas sinir sistemini də gücləndirir. Sizi yayın ən sevimli meyvələrindən olan gilasın faydaları ilə tanış edirik:

– Gilas A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngindir. Tərkibindəki A vitamini ilə dərimizi gözəlləşdirir.

–  Uşaqlarda böyüməyə kömək olur. Qan damarlarının sağlamlığını qoruyur.

– Bədənimizi toksinlərdən təmizləyən gilas yüksək pektin və həll edilə bilən lif sayəsində xolesterolu aşağı salır.

– Fosforla zəngin gilas sinir sistemini gücləndirir.

– Sakitləşdirmə xüsusiyyəti var.

– Nizamlı gilas yedikdə yaddaşsızlığa qarşı yaxşı təsir edir.

– Ehtiva etdiyi antioksidanlar sayəsində xərçəngə qarşı qoruyucudur.

– Hər gün bir ovuc gilas yeyin.

– Gilasda olan flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.

– Gut və revmatoid artrit kimi oynaq narahatlığı olanlar gilas yedikdə ağrıları azalar.

– Gilas saplaqları sidikqovucu xüsusiyyətə malikdir.

– Gilas yedikdə miqdarına diqqət etmək lazımdır. Xroniki narahatlıqları olanlar çox  yeməməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.